• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

Ermənistan məğlubiyyətə görə vəzifəli şəxsləri sorğuya çəkir

Ermənistan məğlubiyyətə görə vəzifəli şəxsləri sorğuya çəkir
24.09.2021 21:05
Ermənistanın hüquq-mühafizə orqanları, xüsusilə də İstintaq Komitəsi son günlər ölkənin Müdafiə Nazirliyinin əməkdaşlarını və nazirliyin istefaya göndərilmiş yüksək vəzifəli şəxslərini sorğuya çağırır. 

"Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı "Joxovurd” qəzeti yayıb.

Qəzet yazır ki, sorğu zamanı konkret olaraq 44 günlük müharibədə məğlubiyyətin günahkarları barədə suallar verilir. 

"Bundan əlavə, sorğuya çağırılan yüksək vəzifəli şəxslərə əsas olaraq "Artsax Prezidenti” Araik Arutyunyanın müharibə məğlubiyyətdə günahının olub-olmaması barədə suallar verilir. Bununla yanaşı, onlardan Arutyunyanın məğlubiyyətə səbəb olacaq hansısa addımlar atıb-atmaması da soruşulur. Qeyd etmək lazımdır ki, müdafiə ordusunun keçmiş komandanı Cəlal Arutyunyanın əleyhinə kifayət qədər çox sayda ifadələr verilib.

Əlavə edək ki, Baş Prokurorluğun nəzarəti altında araşdırılan iki mindən çox hərbi işin 41-i artıq məhkəmələrə göndərilib. 800-dən çox nəfər 44 günlük müharibə zamanı cinayət törətməkdə təqsirləndirilir. Bununla yanaşı, 7 yüksək vəzifəli hərbçi müxtəlif hərbi cinayətlər törətməkdə günahlandırılır. Onlardan yalnız Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Andranik Makaryanın adı məlumdur. General Andranik Makaryan xidmətə səhlənkar yanaşmaqda ittiham olunur. Ona qarşı irəli sürülən cinayət əməli müharibə ilə əlaqədardır. Makaryan isə öz növbəsində bu iddiaları qəbul etmir.

Məhkəməyə göndərilən cinayət işlərinin yarıdan çoxu, yəni 25-i müharibə zamanı qanunsuz silah-sursat daşımaqla bağlıdır. 28 nəfər bu cinayəti törətməkdə təqsirli bilinir. Bununla belə, 7 cinayət işi xidmət ərazisini özbaşına tərk etməklə bağlıdır. Daha 9 nəfər isə fərarilikdə günahlandırılır. Təqsirləndirilən şəxslərin əksəriyyəti əsgərlərdir”, - deyə qəzet yazır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Suriyanın gerbi dəyişir
Dünya 00:50
Suriyanın gerbi dəyişir
Moskva Əfqanıstan İslam Əmirliyini tanıyıb
Dünya 00:22
Moskva Əfqanıstan İslam Əmirliyini tanıyıb
İran hava məkanını açıb
Dünya 00:10
İran hava məkanını açıb
Polşa iki ölkə ilə sərhədə minlərlə hərbçi göndərir
Dünya 23:36
Polşa iki ölkə ilə sərhədə minlərlə hərbçi göndərir
Macarıstan səfiri Ukrayna XİN-ə çağırılıb
Dünya 22:13
Macarıstan səfiri Ukrayna XİN-ə çağırılıb
Putin və Tramp arasında telefon danışığı başa çatıb - Yenilənib
Dünya 20:35
Putin və Tramp arasında telefon danışığı başa çatıb - Yenilənib
Uitkoff Araqçi ilə görüşməyi planlaşdırır
Dünya 19:42
Uitkoff Araqçi ilə görüşməyi planlaşdırır
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Dünya 18:50
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
CENTCOM rəhbəri İsrailə səfər edib
Dünya 18:30
CENTCOM rəhbəri İsrailə səfər edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol