Çərşənbə günü Minskdə hərbi parad keçirilib və bu paradda Belarus hərbçiləri ilə yanaşı, Azərbaycan, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistandan olan parad dəstələri də iştirak edib. Paradı Minskdə keçirilən MDB Müdafiə Nazirləri Şurasının iclasına gələn nümayəndə heyətləri də müşahidə ediblər.
"Ermənistan da dəvət olunub. Ancaq bəzi uzaqgörən, çox güman ki, subyektiv səbəblərə görə biz bu səbəblərin nə olduğunu başa düşürük, təəssüf ki, Ermənistan nümayəndə heyəti, erməni parad ekipajları paradda iştirak etmək üçün gəlməyiblər”, – Belta agentliyi Volfoviçdən sitat gətirir.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov isə Belarusun işğaldan azad edilməsinin 80 illiyinə və Müstəqillik Gününə həsr olunan mərasimdə fəxri qonaq qismində iştirak edib.
Müdafiə naziri Minskdə müxtəlif dövlətlərin silahlı qüvvələrinin nümayəndələrinin, o cümlədən Azərbaycan ordusunun bir qrup hərbi qulluqçusunun iştirak etdiyi hərbi paradı izləyib.
Sonra o, Qələbə meydanını ziyarət edib. Nümayəndə heyətlərinin başçıları Qələbə abidəsi önünə gül dəstələri qoyub
Belarus Milli Kitabxanasında Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib.
Ermənistan KTMT üzvüdür, Azərbaycan isə yox.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !