Ermənistan Tovuza niyə hücum etdi? - VİDEO

17:12 | 21.07.2020
Ermənistan  Tovuza niyə  hücum etdi? - VİDEO

Ermənistan Tovuza niyə hücum etdi? - VİDEO

Aəzrbaycan Dövlət Neft Şirkətinin vitse prezidenti Elşad Nəsirov konfransda Ermənistanın niyə  Tovuza hücum etmə səbəbini izah edib.

Azərbaycan qazının Avropaya getməsinə 3 ay qalmış Ermənistan tərəfindən hərbi əməliyyatların keçirilməsi təsadüfi deyil.  İndi əməliyyatlar beynəlxalq təşkilatlar və dünya ölkələri tərəfindən  Azərbaycan ərazisi sayılan Dağlıq Qarabağda yox,Ermənistan-Azərbaycan sərhədində aparılır. 
Siz görəcəksiniz ki, Azərbaycanın enerji resurslarının qərb ölkələrə və beynəlxalq bazara çıxaran infrastruktur məhz bu bölgədə yerləşir.
Bakı-Tbilisi-Ceyhan, Cənubi Qaz Kəməri, Bakı-Supsa kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu bilavasitə Ermənistanın hərbi əməliyyatlara başladığı ərazinin yaxınlığından keçir",  - deyə Nəsirov bildirib. 


Məsələ ilə bağlı neft-qaz məsələsi üzrə ekspert İlham Şaban da öz fikirlərini bölüşüb.
 
Hazırladı: Mahir Rüstəmli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb