"Yerli sakinlərin ehtiyaclarını ödəmək məqsədilə, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) vasitəsilə humanitar yüklərin çardırılmasına şərait yaratmanq üçün Ermənistan tərəfindən Ağdam-Xankəndi yolundan istifadənin qarşısının alınması məqsədilə qoyulmuş fiziki maneələr aradan qaldırılmalı idi. Bunun ardınca isə, 24 saat ərzində BQXK-nın Laçın youndan istifadəsinin intensivləşməsi baş tutmalı idi. Rusiya sülhməramlı kontingenti və BQXK daxil olmaqla bütün tərəflər bu razılaşmanı praktiki olaraq həyata keçirməyə hazır idilər. Yevlaxda Azərbaycanın xüsusi numayəndəsi və yerli erməni sakinlərinin nümayəndələri arasında görüşün keçirilməsi barədə razılıq əldə olunmuşdu”, - bəyanatda qeyd olunub.
Xarici İşlər Naziri bəyanatda qeyd edib ki, 5 avqust 2023-cü ildə Ermənistan öz qondarma rejimi vasitəsilə siyasi motivli, qeyri-qanuni şərtlər və müxtəlif bəhanələr irəli sürməklə əldə olunmuş hər iki razılıqdan son anda boyun qaçırıb.
Avqustun 1-də Caliber.az saytı məlumat paylaşaraq bildirmişdi ki, Yevlaxda Bakının hökumət nümayəndələri ilə Qarabağda yaşayan etnik azlıq nümayəndələrinin görüşü ola bilər. Görüşün üçüncü tərəf olmadan keçirilməsi nəzərdə tutulurdu.
Ermənistan Azərbaycanın razılığı olmadan Qarabağda yaşayan ermənilərə humanitar yükün Laçın dəhlizindən keçirilməsinə cəhd edib. Azərbaycan ərazisinə qanunsuz daxil olduğu üçün sərhəd-keçid məntəqəsi yüklərin keçirilməsinə icazə verməyib. Rəsmi Bakı bildirib ki, Ermənistan yüklərin Ağdam yolundan keçirilməsinə razılıq verib.
Rabia Hale Seferoğlu
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !