Ermənistan rəsmiləri "Zəngəzur dəhlizi"nə etiraza görə İrana təşəkkür edib

13:05 | 10.09.2024
Ermənistan rəsmiləri

Ermənistan rəsmiləri "Zəngəzur dəhlizi"nə etiraza görə İrana təşəkkür edib

Ermənistan parlamentinin spikeri Alen Simonian və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın ərazi bütövlüyünün müdafiəsində göstərdiyi dəstəyə görə İrana təşəkkür ediblər.
 
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistanın nəzarəti xarici güclərə verəcək istənilən dəhlizə qarşı olduğunu bir daha bəyan edərək, Ermənistanın öz sərhədləri və gömrük məntəqələrinə  tam nəzarəti saxlayacağını vurğulayıb. 

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistanın İranla həmsərhəd olan Sünik vilayətindən keçən nəqliyyat marşrutunun tikintisini gecikdirdiyinə görə, Ermənistanı tənqid etməsindən sonra İran məsələ ilə bağlı narahatlığını ifadə edib.
 
Rəsmi Tehran Ermənistanla sərhədini itirməkdən ehtiyatlandığını bildirərək  Rusiya və Azərbaycanı regional sərhədlərin dəyişdirilməsi ilə bağlı xəbərdarlıq göndərib.
 
İranlı millət vəkilləri təklif olunan "Zəngəzur dəhlizi”ni İran üçün qırmızı xətt adlandırıblar. 
 
Əli Əkbər Əhmədian BRİKS-ə üzv ölkələrin yüksək səviyyəli təhlükəsizlik rəsmilərinin toplantısında iştirak etmək üçün Rusiyaya səfər edib.
 
İran mediasının yazdığına görə, o, həmçinin "Rusiya rəsmiləri ilə Zəngəzur dəhlizi ilə bağlı ikitərəfli danışıqlar aparmağı” planlaşdırır”. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür