Artıq yeni il masasına bütöv timsah alan “cəsarətli” şəxs də tapılıb.
Artıq bir neçə gündür ki, erməni mətbuatında Ermənistandakı supermarket şəbəkələrindən birinin yeni il təklifi – 380 min drama (təxminən 1000 dollar) hisə verilmiş timsah müzakirə olunur.
Oxu.Az Panorama.am-a istinadən xəbər verir ki, Ermənistan Kənd Təsərrüfatı Nazirliyinin dövlət Qidalanma Məhsulları Təhlükəsizliyi Xidmətinin mətbuat katibi Armine Sukiasyan iki həftə əvvəl ABŞ-dan Ermənistana 3 hisə verilmiş timsahın gətirildiyini bildirib.
Onun sözlərinə görə, timsahlar bu ilin noyabrında hazırlanıb, saxlama müddəti 3 aydır.
“Bu, timsah idxalı üzrə ilk təcrübədir. Hər birinin çəkisi 12 kq olan timsahlar Ermənistana hisə verilmiş şəkildə gətirilib” – deyə, Armine Sukiasyan bildirib.
“Aykakan Jamanak” qəzetinin məlumatına görə, Ermənistan parlamentinin deputatı, “SAS” supermarketləri şəbəkəsinin sahibi Artak Sarkisyan tərəfindən ölkəyə gətirilən hisə verilmiş timsahlaradan birini artıq satıblar.
ANN.Az