Ermənistandan Bakıya salam göndərən idmançı - VİDEO

21:43 | 12.10.2017
Ermənistandan Bakıya salam göndərən idmançı - VİDEO

Ermənistandan Bakıya salam göndərən idmançı - VİDEO

"Qarabağ”ın alban futbolçusu Ansi Aqolli 35 yaşını qeyd edib.
 
Realliq.info-nun məlumatına görə, Aqolli 1982-ci il oktyabrın 11-də Albaniyanın paytaxtı Tirana şəhərində anadan olub. "Qarabağ”ın əsas oyunçularından olan Aqolli peşəkar futbolçu olmaqla yanaşı, Azərbaycanı çox sevir və hər dəfə bunu dilə gətirir.
 
Onun Qarabağın Ağdam rayonunun əhalisinə xas olan "qaqa” sözündən xoşu gəlir və bu müraciəti tez-tez işlədir. Aqolli həmçinin Azərbaycan dilini də müəyyən qədər öyrənib.
 
Bu gün "Qarabağ” klubu dünyanın ən mötəbər klub turniri olan Çempionlar Liqasında iştirak edir və şübhəsiz ki, bunda Ansinin də rolu var. "Qarabağ”ın əfsanələrindən olmaq yolunda addımlayan Ansi Aqolli həm meydanda, həm də futboldan kənarda Azərbaycana necə bağlı olduğunu daim göstərir.
 
Aqollinin xüsusən Avro-2016-nın seçmə mərhələsində Ermənistan yığması üzərində (0-3) qələbədən sonra "Vazgen Sərkisyan anvan Hanrapetakan Marzadasht” stadionundan ölkəmizə, xalqımıza salam göndərməsi böyük rəğbətlə qarşılanmışdı.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM