Ermənistanın atəş nöqtələrinin vurulması - VİDEO

10:15 | 14.09.2022
Ermənistanın atəş nöqtələrinin vurulması  - VİDEO

Ermənistanın atəş nöqtələrinin vurulması - VİDEO

Azərbaycan Silahlı Qüvvələri hava zərbəsi ilə Ermənistanın atəş nöqtələrinin vurulması görüntüləri yayılıb. Görüntüləri "Caliber” nəşri teleqramda ictimailəşdirib.

Paylaşılan 6 videoda Ermənistan ordusuna məxsus S-300 kompleksinin 5P85 BQ-ları, S300 5N63 İYR radarı, eyni zamanda döyüş mövqeləri, manqanın mövqeyi, yerüstü sığınacaqlara hava zərbəsinin anları əks olunub.
 

 
Azərbaycan Müdafiə Nazirliyi  sentyabrın 12-i gecədən Ermənistan ilə sərhəddə vəziyyətin gərginləşdiyini yazıb. Ermənistan tərəfi də məlumatı təsdiqləyib. Tərəflər gərginlik də bir-birini günahlandırır. Azərbaycan MN bildiirb ki, Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub. Ermənistan Baş naziri Nikol Paşinyan isə 49 erməni hərbiçisinin öldüyünü açıqlayıb.

Azərbaycan MN qeyd edib ki, 09.00-dan etibarən atəşkəsin elan olunmasına baxmayaraq, Ermənistan tərəfindən artilleriya və digər ağır silahlardan istifadə etməklə sərhəd boyunca atəşkəs intensiv şəkildə pozulur.
 
Ermənistanın Müdafiə Nazirliyi də hərbi toqquşma barədə açıqlama yayıb. Bildirilir ki, Azərbaycan Ermənistanın Gorus, Zod və İstisu rayonları istiqamətində intensiv atəş açır, döyüşə artilleriya və PUA-lar cəlb olunub. 

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb. Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub. Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb. Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib. İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
 
Ləman 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM