Prezidentdən Ermənistana sülh çağırışı - Video

23:46 | 14.12.2021
Prezidentdən Ermənistana sülh çağırışı - Video

Prezidentdən Ermənistana sülh çağırışı - Video

"Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olub. Sülhməramlı missiyamıza 2002-ci ildən Əfqanıstanda başlamışıq və bu ilin avqust ayında missiyamız tamamlanıb”.

Anews.az  xəbər verir ki, bunu Prezident İlham Əliyev Brüsseldə NATO Baş katibi Yens Stoltenberqlə keçirdiyi görüşdən sonra mətbuata açıqlamasında deyib.

"Azərbaycan hərbçiləri Əfqanıstanı tərk edən sonuncu silahlı qüvvələrdən biri olub. Həqiqətən də, bu böyük təcrübə olub.

Bu gün gələcək planlarımızı da müzakirə etdik. Azərbaycanın NATO ilə yeddi birgə təlimi olub. Bu, əslində, sülh və stabilliyə bir töhfədir.
Cənab Baş katiblə Cənubi Qafqazda müharibədən sonrakı məsələləri də müzakirə etdik.

Hər hansı müharibə riskinin minimuma endirilməsində Azərbaycan qətiyyətlidir. Ən yaxşı yol kommunikasiya, ünsiyyətə açıq olmaqdır. Biz mütləq qonşuluq şəraitində yaşamalıyıq”, - dövlət başçısı qeyd edib.

"Ermənistan tərəfindən xoş niyyət nümayiş etdirilərsə, biz də təklif etdiyimiz kimi, sülh sazişinin iki ölkə arasında imzalanmasına başlaya və düşmənçiliyə son qoya bilərik”, - İlham Əliyev bildirib.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb