Ermənistanla sülh müqaviləsi hər şeyin 100% həlli ola bilməz - Nazir/Video

11:09 | 25.12.2023
Ermənistanla sülh müqaviləsi hər şeyin 100% həlli ola bilməz - Nazir/Video

Ermənistanla sülh müqaviləsi hər şeyin 100% həlli ola bilməz - Nazir/Video

Ermənistanla sülh müqaviləsinin bağlanması hər şeyin 100% həlli ola bilməz. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib. 
 
"2023-cü il Ermənistanla bir sıra görüşlər oldu. Sonradan arada fasilələr yarandı. Hesab edirik ki, 2024-cü il bu görüşlərimiz davam edəcək. Başa düşməliyik ki, Ermənistanla sülh müqaviləsinin imzalanması hər şeyin 100% həlli ola bilməz. Bu sənəd bir fundamental yarada bilər. Sülh sənədi ilə bir günün içində Azərbaycan Ermənistan münasibətləri Azərbaycan Gürcüstan münasibətləri səviyyəsinə yüksələ bilməz. Ən azından normal qonşuluq münasibətlərini əsasının qoyulmasını və iki ölkə arasındakı açıq münasibətlərin həlli istiqamətləri və prinsipləri məüyyənləşdirən bir saziş ola bilər", - nazir Azərbaycan televiziyasına müsahibəsində deyib. 
 
Nazir bildirib ki, sülh müqaviləsi sənədi ilə bağlı noyabrda Ermənistan aldıqları təkliflər paketini işləyərək Ermənistana göndəriblər.
 
Bundan əvvəl Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, son 3 ayı Ermənistanla Azərbaycan arasındakı münasibətləri ən sakit dövr hesab etmək olar. 
 
Yanvarda Ermənistanla Azərbaycanın xarici işlər nazirlərinin yanvarda ABŞ-da görüşməsi ilə bağlı razılıq əldə olunub. 

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, sülh sənədi üzrə işlərin böyük bir hissəsi həll olunub. 

Noyabrın 16-da Ermənistanın baş naziri Nikol Paşinyan mətbuata açıqlamasında Azərbaycanla sülh sənədi üzrə əsas prinsiplər razılaşdırıldığını bildirib.
 
Hazırda sülh sənədi üzrə təkliflər istiqamətində hər iki ölkə arasında müzakirələr davam edir. 
 
Gülnar Nazimqızı 
 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti