• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

Əsgəran qala divarlarının yaxınlığında kütləvi məzarlıq aşkarlanıb - Foto/Video

Əsgəran qala divarlarının yaxınlığında kütləvi məzarlıq aşkarlanıb - Foto/Video
08.02.2024 15:06
2024-cü ilin fevralında Xocalının Əsgəran qəsəbəsində qala divarların yaxınlığında 8 Xocalı sakinlərinə aid insan qalıqlarından ibarət məzarlıq aşkarlanıb. Bunu Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşı Zaur Ismayılov deyib.

O bildirib ki, Əsgəran qalasında axtarış-qazıntı işlərinə 2023-cü ilin oktyabr-noyabrından start verilib, lakin hava şəraiti ilə əlaqədar işlər başa çatdırılmayıb.
 
"2024 cü il fevralından başlayaraq qazıntı işləri davam etdirilib. Nəticədə Xocalı sakinlərinə aid olması ehtimal edilən kütləvi məzarlıq aşkar edilib. Burada mütəxəsislərin ehtimallarına görə azı 8 şəxsə aid insan qalıqları aşkar edilib. Bundan sonra da axtarış işləri davam etdiriləcək və axtarış işləri nəticəsində bu rəqəmin artacağı istisna olunmur. Növbəti mərhələdə insan qalıqlarının eyniləşdirilməsi məqsədilə götürülərək aidiyyatı labarotoriyalara təhvil veriləcək və kimliyi müəyyən  olunduqdan sonra nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək", - o əlavə edib.

İsmayılov qeyd edib ki, 1990-cı illərin əvvəllərindən Qarabağ bölgəsində fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1992-ci ilin fevralında dinc Xocalı sakinlərinin qətlində iştirakçı olmasını etiraf edən Deqlaryan Rəşid Ramayisi barəsində istintaq olunan cinayət işi çərçivəsində ifadələrinin yerində yoxlanması məqsədilə istintaq hərəkatları zamanı Xocalıdan Ağdam istiqamətində hərəkət edən dinc əhalinin Əsgəran  qalasında puskuya salınaraq qətlə yetirilməsi və meydlərinin həmin ərazidə qalanın yaxınlığında basdırılması barədə məlumat verilib. 
 
Əsgəran qalası Şuşadan 24, Xocalıdan isə 5 kilometr məsafədə yerləşir. Xocalı şəhəri 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra qala dağıntılara məruz qalıb.

2023-cü ilin sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Əsgəran qalası azad edilib.



Aytac Zeynalova 
www.anews.az//
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol