Əsir götürülmüş rus əsgərlər ictimaiyyətə göstərildi

11:11 | 22.05.2015
Əsir götürülmüş rus əsgərlər ictimaiyyətə göstərildi

Əsir götürülmüş rus əsgərlər ictimaiyyətə göstərildi

Ukrayna rəsmiləri əsir götürdükləri rus əsgərlərini ictimaiyyətə nümayiş etdirib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, seperatçılara qarşı əməliyyat zamanı ölkənin qərbində yaxalanan 2 rus əsgərini, onlara aid silah-sursat və hərbi ləvazimat mediaya təqdim olunub.

Ukrayna Təhlükəsizlik Servisinin (SBU) sədr köməkçisi Markiyan Lubkivski keçən həftə əsir götürülən rus əsgərlər Yevgeniy Yerofeyev və Aleksandr Aleksandrovun fotolarını jurnalistlərə göstərib. Onun sözlərinə görə, əsir götürülən iki şəxs kəşfiyyata gələn 16 nəfərlik qrupun başında olublar. Onların məqsədi Sçastye qəsəbəsini ələ keçirmək, bunun üçün də kəşfiyyata gəliblər. SBU rəsmisi kəşfiyyata gələn digər 14 nəfərin kimliyinin təsbit olunduğunu qeyd edib. O, rus əsgərlərinin Ukrayna torpaqlarında çəkdirdikləri fotoları ictimaiyyətə nümayiş etdib. 

Qeyd edək ki, rus əsgərləri mayın 16-da Sçastye qəsəbəsi yaxınlığında əsir götürülüblər. Onlar yaralı olub və Ukrayna hərbi hospitalənda müalicə alıblar.




www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM