Estetik əməliyyat "manyakı" az qalsın öləcəkdi - FOTOLAR

10:52 | 01.09.2019
Estetik əməliyyat

Estetik əməliyyat "manyakı" az qalsın öləcəkdi - FOTOLAR

Estetik əməliyyat bağımlısı olan qadın son əməliyyatında ölümdən dönüb.

Yenicag.az xəbər verir ki, 24 yaşlı kanadalı model Mary Magdalene son əməliyyat zamanı həddən artıq qan itirib.
Həkimlər ona əvvəlcədən əməliyyatın çox riskli olduğunu desələr də, Mary bıçaq altına yatıb.
Əməliyyatda xeyli qan itirib göyərməyə başlayan qadına həkimlər təcili qan köçürüb. Həkimlərin təcili müdaxiləsi nəticəsində Marynin həyatı xilas olub.
O, əməliyyat sonrası komplikasyonlara məruz qalıb və dəhşətli ağrılar çəkib.
Bütün bunlara baxmayaraq Mary başına gələn bu hadisənin onu estetik əməliyyat etdirməkdən uzaqlaşdırmayacağını deyib.
Torontoda yaşayan qadını "İnstagram”da 110 min insan izləyir. O, 21 yaşından estetik əməliyyat etdirməyə başlayıb və bambaşqa biri olub. O, indiyə kimi qaş qaldırma, yanaq və dodaq dolğusu, sinə böyütmə və digər bir çox əməliyyatlar etdirib.
Qeyd edək ki, model bu zamana kimi estetik əməliyyatlara 160 min manatdan çox pul xərcləyib.
 









www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM