Ətdən bahalı can dərmanı - 1 kiloqramı 35 manatdır – VİDEO

23:45 | 06.04.2021
İsmayıllıda göbələk növü olan quzuqarnı mövsümü başlayıb.
Göbələyin bu növü olduqca faydalıdır. Əsasən meşəlik ərazilərdə rütubətli yerlərdə, ağac köklərində bitir. İsmayıllının Sumağallı kəndində bu bitki olduqca sevilir. Buna səbəb isə insanlar bu mövsümdə adətən qida rasionuna bu cür bitkiləri salır.
Quzuqarnının ömrü azdır, bu mövsüm çıxır, bir həftə sonra isə onu tapmaq olmur. Qiyməti olduqca bahadır. Bir kiloqramı 30-35 manat arasında dəyişir.
Bu göbələk növü digərlərindən dadına və tərkibindəki vitaminlərin zənginliyinə görə fərqlənir. Rəngi yarpaqlardan seçilmədiyindən onun yığılması olduqca çətindir. Meşədə əsasən qovaq ağaclarının altında tək-tək və qruplar halında bitir. Gün ərzində meşədən maksimum 4-5 kiloqram toplamaq olar.
Yemək üçün hazırlanması isə çox sadədir. İsti su ilə yuyub təmizlədikdən sonra yumurta ilə qarışdırılaraq bişirilir. Bundan başqa, çöl şəraitində quzuqarnının kababını da hazırlamaq olar. Quzu əti qədər dadlı quzuqarnını istixana şəraitində yetişdirmək qeyri-mümkündür. Allergiya ola biləcəyi baxımından çiy halda yeyilmir.
Bu göbələk ayrı-ayrı bölgələrdə koman, liğiti, loğloğu və ya lokkur adları ilə də tanınır. Bitkinin özünəməxsus bir sıra əlamətləri də var. İnsan orqanizmi üçün faydalı olan quzuqarnı minbir dərdin dərmanıdır. Xalq təbabətində qan xəstəliklərinin müalicəsi üçün istifadə olunur. Bundan əlavə göbələyin bu növü gözlər üçün də faydalıdır. Bitkinin konservləşdirilmiş halda satışı yoxdur.


www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM