Seçim turlarına dünən “Crystall Hall”da start verilib.Oxu.Az xəbər verir ki, İTV telekanalının təşkil etdiyi “Böyük səhnə” adlı müsabiqənin qalibi ölkəmizi “Eurovision-2014”də təmsil edəcək. Seçim turlarına dünən “Crystall Hall”da start verilib. Münsiflər heyətinin tərkibində əməkdar artist Sevda Ələkbərzadə, aparıcı Saleh Bağırov, müğənni İlhamə Qasımova və başqaları var. Yanvarın 21-dən isə “Eurovision-2014” mahnı müsabiqəsinə akkreditasiya başlanacaq."Eurovision-2014" mahnı müsabiqəsinin rəsmi saytı xəbər verir ki, akkreditasiya “Eurovision Family Accreditation System” vasitəsilə həyata keçiriləcək.Yanvarın 21-də Mərkəzi Avropa vaxtı ilə saat 12:00-dan başlanacaq akkreditasiya aprelin 11-dək davam edəcək.Danimarkanın Kopenhagen şəhərində “Bizə qoşulun!” şüarı altında keçiriləcək “Eurovision-2014” mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalları müvafiq surətdə mayın 6-sı və 8-də, final mərhələsi isə mayın 10-da olacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !