“Eurovision-2017”nin qalibinə ürək köçürüldü

10:59 | 10.12.2017
“Eurovision-2017”nin qalibinə ürək köçürüldü

“Eurovision-2017”nin qalibinə ürək köçürüldü

"Eurovision-2017” mahnı müsabiqəsinin qalibi Salvador Sobrala ürək köçürülüb.

BBC xəbər verir ki, 8 saat davam edən transplantasiya uğurla başa çatıb. Vəziyyəti normal olan müğənni uzun reabilitasiya prosesi keçməli olacaq.


27 yaşlı müğənni bu ilin sentyabrında reanimasiyaya yerləşdirilmişdi. Bu səbəbədən onun bütün konsertləri ləğv olunub. Sobralın musiqi karyerasını birdəfəlik bitirdiyi deyilir.


Qeyd edək ki, portuqaliyalı müğənni bu il Ukraynanın paytaxtı Kiyevdə keçirilən müsabiqədə bacısının yazdığı Amar Pelos Dois (Bizim ikimiz üçün) mahnısı ilə qalib olub.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM