"Eurovision"da Azərbaycanın neçənci olacağı bilindi - Proqnoz+Siyahı

00:10 | 13.03.2015

"Eurovision"da Azərbaycanın neçənci olacağı bilindi - Proqnoz+Siyahı

Nüfuzlu bukmeyker kontorları William Hill və BETFAİR bu il keçiriləcək "Eurovision" mahnı müsabiqəsinin nəticəsi haqqında öz proqnozlarını açıqlayıb.

ANS PRESS-in məlumatına görə, siyahıda 40 ölkə yer alıb.

Proqnozlara görə, qələbəyə ən yaxın namizəd İtalyanın "Il Volo” qrupuna məxsusdur. Estoniyanı təmsil edəcək Elina Born & Stig Rasta, Finlandiyalı rokerlər Daun sindromlu xəstələrdən ibarət olan "Pertti Kurikan Nimipäivät” qrupları ilk yerlərə ən şanslı hesab edilənlərdir.

Azərbaycan bu siyahıda Ermənistanı qabaqlayaraq 8-ci sırada yer alıb. Adətən bukmeykerlərin verdiyi proqnozlar düz çıxır.

Keçən il hər iki ofis avstriyalı saqqallı müğənni Konçita Vurstun birinci yeri qazanacağını təxmin etmişdi.

ANN.Az
 


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti