• $ 1.7
  • € 1.9873
  • ₽ 0.021736
  • ₺ 0.0421
  • £ 2.2912

Evə kasıbçılıq gətirən 10 əşya — Bunlardan qurtulun

Evə kasıbçılıq gətirən 10 əşya — Bunlardan qurtulun
29.05.2020 09:51
İstənilən insanın həyatında uğursuzluq, "qara zolaq” olur. Bəzən bu hadisələrdə insan özünü günahlandırır. Düşünür ki, keçmişdə etdiyi səhvlərin cəzasını çəkir. Digərləri isə başqa insanları günahlandırır ki, göz dəyib, nəfis atıblar. Əslində isə evimizdə və həyatımızda bizim enerjimizi udan və uğursuzluğa səbəb olan əşyalar var. Hər halda Rusiyanın və Qərbin nüfuzlu internet portalları bu barədə məlumat yayırlar.
"Ölkə.Az” olaraq bu siyahını oxucularımıza təqdim edirik:


Köhnə süpürgə
Süpürgə evdə təmizlik simvoludur. Qədim Rusiyada süpürgə ilə bağlı bir çox əlamətlər var idi. Guya bu əşya evdə maddi vəziyyət və rifaha cavab verirdi.

Bu səbəbdən ev sahibinin əli ilə hazırladığı yeni süpürgə inkişaf və varlılıq rəmzi idi. Köhnə süpürgə isə əksinə, kasıbçılıq, təmbəllik simvoludur. 

Sevilməyən fotolar
İnsanlar keçmişlərinə qarşı o qədər həssas yanaşırlar ki, bəzən xoşlamadıqları fotoları da saxlayırlar. Fotoya baxan insan keçmiş illərindən şikayət edir. Eyni zamanda bəzi fotolarda mənfi emosiya əks etdirən insan və yerlər də olur. Bu fotolar ağrı, əziyyət və əzab verir. Bəzi fikirlərə görə, sevilməyən fotolara baxan insan özünə bəddua edir. Bu səbəbdən xoşlamadığınız fotolardan qurtulun.


Qırıq şüşə
Bir çox evdə qırıq pəncərə, şüşə, güzgü var. Müasir dünyada isə, telefon, monitor və planşet qırıqları da var. İnsanlar çox vaxt qırıq ekranlı telefon gəzdirirlər. Bu isə zəiflik, müdafiəsizlik və güc itkisi simvoludur.

Sınıq əşyalar
Bir çoxumuzun evində köhnə cırıq paltar, qırağı qırıq boşqab və ya stəkan, səhifələri tökülmüş jurnal, qurudulmuş güllər, işləməyən cihaz və oyuncaqlar var. Bu əşyalar təyinatı üzrə istifadə edilmir. Belə əşyalar evə mənfi enerji ötürür. Xüsusilə heyvan müqəvvası və qurudulmuş həşarat kolleksiyası, ölmüş heyvan buynuzu, dərisi, quş lələyi saxlamaq təhlükəlidir. Əgər əşyaları təmir edə bilmirsinizsə, onlardan qurtulun.



İşləməyən saatlar
Demək olar ki, işləməyən saat hər evdə var. Evdə zamanın dayanması pis əlamətdir. Əgər saatı təmir etmək və batareyasını dəyişə bilirsinizsə, bunu edin. Əks halda qurtulun.


Bəyənmədiyiniz hədiyyələr
Bir çox hallarda aldığımız hədiyyələr ürəyimizcə olmur. Qarşı tərəf zövqümüzü və istəklərimizi bilmir. Verilən hədiyyələr isə bəyənilmir və istifadə edilmir.
Bu hədiyyələri bir küncə atıb "nə vaxtsa lazım olar” deyirik. Bununla da mənfi enerji toplayırıq. Bəzi alimlər bildirir ki, sizə xoş əhval bəxş etməyən və bəyənilməyən hədiyyələr mənfi enerji, bədbəxtlik və fəqirlik bəxş edə bilər. Bəlkə də məhz onu hədiyyə edən şəxs bu məqsədlə verib? Belə əşya və hədiyyələrdən qurtulun.


 
Cütü olmayan əşyalar
Bir çox insan ehtiyat əşya saxlamağı xoşlayır. Əgər corabın bir tayı itibsə, başqası əldə edilə bilər. Tək tay corabı saxlamayın. Eyni məsələ sırğa və digər əşyalar üçün də vacibdir. Bu əşyalar sizə lazım deyil və ölü əşya rolunu oynayır. Onlar yeni əşyaların alınmasının və müsbət enerjinin qarşısını alırlar.


Pis havanı əks etdirən rəsmlər
Hər bir insan gözəl rəsmə baxmağı xoşayır: sonsuz səma, gözəl günəş, oynayaq uşaqlar vəs. Amma bəzən insanlar onları əhatə edən vizual obyektlərə diqqət yetirmirlər. Bəzən evlərdə okean fırtınası, dəniz fəlakətləri vəs. neqativ fikirləri əks etdirən rəsmlər var. Gözəl rəsm əsəri insan ruhunu dinləndirir. Bu həqiqətən də belədir. Əgər divardan asılan əsər sizi pis düşüncələrə vadar edirsə, onu həyatınızdan çıxarın.


Qırıq və çat qab
Qırıq şüşə kimi bunları da evdə saxlamaq olmaz. Sınıq və çat qab evdə kasıbçılıq əlaməti sayılır. Belə qabdan yemək və ya çay içmək, su içmək enerjisini vermək və azaltmaq kimi bir şeydir. Əgər qırılan qədimdən qalmadırsa, sahibini keçmiş günahlarından xilas edir. Evdə sınıq fincan və çat küp saxlamayın. 




3 il istifadə etmədiyiniz əşyalar
Ehtimal edilir ki, 3  il ərzində əşya və geyimdə mənfi enerji yığılır. Əgər siz bu əşya və geyimi təyinatı üzrə istifadə etməmisiniz və diqqət yetirməmisinizsə, 3 il ərzində əşya enerjinizin vampirinə çevrilir. Ya bu əşyalara ikinci həyat bəxş edin, ya da ondan istifadə edəcək adama verin.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Füzulidə açıq ərazi yanır, helikopter cəlb olunub/Yenilənib
Cəmiyyət 18:03
Füzulidə açıq ərazi yanır, helikopter cəlb olunub/Yenilənib
Bakıda bu 2 avtobusun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 17:21
Bakıda bu 2 avtobusun hərəkət sxemi dəyişdirilir
Azercell gənclər üçün “DataMinds Bootcamp” proqramına start verdi
Cəmiyyət 16:14
Azercell gənclər üçün “DataMinds Bootcamp” proqramına start verdi
Magistraturaya elektron sənəd qəbuluna başlanılır
Cəmiyyət 15:39
Magistraturaya elektron sənəd qəbuluna başlanılır
DSX-nin hərbçisi xəstəlikdən vəfat edib
Cəmiyyət 15:07
DSX-nin hərbçisi xəstəlikdən vəfat edib
"KFC" və "McDonald"s-dan sifariş edənlərin diqqətinə - Ehtiyatlı olun
Cəmiyyət 14:52
"KFC" və "McDonald"s-dan sifariş edənlərin diqqətinə - Ehtiyatlı olun
“Defacto” mağazasına qiymət uyğunsuzluğuna görə 4.000 manat cərimə kəsilib
Cəmiyyət 13:59
“Defacto” mağazasına qiymət uyğunsuzluğuna görə 4.000 manat cərimə kəsilib
100 minə yaxın ailə sənədsiz evlərini qeydiyyatdan keçirmək imkanı əldə edəcək
Cəmiyyət 13:44
100 minə yaxın ailə sənədsiz evlərini qeydiyyatdan keçirmək imkanı əldə edəcək
Prezident yolun təmirinə pul ayırıb - Sərəncam
Cəmiyyət 13:39
Prezident yolun təmirinə pul ayırıb - Sərəncam
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol