Facebook-dakı canlı yayım fırıldaq çıxdı - VİDEO

20:14 | 27.10.2016
Facebook-dakı canlı yayım fırıldaq çıxdı - VİDEO

Facebook-dakı canlı yayım fırıldaq çıxdı - VİDEO

Dünən Facebook-dakı bir neçə populyar səhifə Beynəlxalq Kosmik Stansiyadan (BKS) canlı yayım paylaşmışdı. Görüntülərdə kosmonavtların açıq kosmosa çıxdıqları əks olunmuşdu.

ANN.Az Milli.Az-a istinadən bildirir ki, dünən bu "canlı yayım"a 50 milyondan artıq insan baxıb.
 
Amma sən demə, bu canlı yayım fırıldaqmış.

Facebook-dakı populyar UNİLAD, Viral USA və INTERESTINATE səhifələrindəki "canlı yayım"a yüz minlərlə şərh yazılıb, milyonlarla "like" edilib.

Lakin ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA), Avropa Kosmik Agentliyinin (ESA) və digər müvafiq təşkilatların heç birinin rəsmi saytında belə translyasiya barədə bir kəlmə də olmayıb. Halbuki BKS-dən canlı yayım olanda, yaxud kosmonavtlar açıq kosmosa çıxmağa hazırlaşanda bu barədə günlər əvvəl rəsmi anonslar edilirdi.
 
Dünən yayılan video isə rusiyalı kosmonavtlar Oleq Kotov və Sergey Ryazanskinin 2013-cü ildə açıq kosmosa çıxdığı anların görüntüləri idi.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM