"Facebook"a qadağa qoyuldu

09:18 | 23.12.2014

"Facebook"a qadağa qoyuldu

İngiltərənin nüfuzlu qəzetlərindən olan "The Telegraph” məşhur sosial şəbəkə saytı "Facebook”a Rusiyadan girişə qadağa qoyulduğu barədə iddia irəli sürüb.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Rusiyanın aparıcı müxalif lideri olan Aleksey Navalnı dəstək məqsədilə açılan "Facebook” səhifəsində istifadəçilərin girişinə əngəl qoyulduğunu yazıb. O, Rusiya hökuməti tərəfindən edilən təzyiqlərdən sonra bu halın baş verdiyini vurğulayıb.

Aleksey Navalnı qardaşı Oleqlə birlikdə Fransanın "Yves Rocher” kosmetika şirkətinin filialından təxminən 27 milyon rubl mənimsəməkdə ittiham olunurlar. Buna görə Aleksey Navalnıya 10, qardaşına isə 8 il iş istənilib. Söügedən səhifə də yanvarın 15-də həbsə gedəcəyi bildirilən Navalnıya dəstək məqsəilə açılmışdı.

Qeyd edək ki, "The Telegraph” qəzeti yaydığı xəbərdə Rusiya prezidenti Vladimir Putinin bir müdət əvvəl interneti ""CIA” (ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi) layihəsi” adlandırdığını da yazıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM