• $
  • €
  • ₽
  • ₺
  • £

Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb

Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
02.10.2026 17:14

Bir ekosisteminin qadınların texnologiya sahəsində bilik və bacarıqlarını inkişaf etdirməsinə və bu istiqamətdə karyera imkanları qazanmasına dəstək məqsədilə həyata keçirdiyi “Ctrl is hers” proqramında 66 iştirakçı üçün intensiv təlimlər başlayıb.

Proqrama qısa müddətdə 1012 müraciət daxil olub. Çoxmərhələli seçim prosesinin ilkin mərhələsində 652 namizəd texniki testdən keçib. Test nəticələrinə əsasən 103 namizəd müsahibəyə dəvət olunub. Yekunda isə 66 qadın proqramın iştirakçısı seçilib.

Seçilən iştirakçılar layihənin davamında “Kibertəhlükəsizlik”, “Frontend developer”, “Data elmi”, “IT əməliyyatları və texniki dəstək”, “Backend developer” “Mobil tətbiqlərin hazırlanması”, “UX/UI dizaynı”, “IT biznes analizi”, “Keyfiyyətə nəzarət və test”, “IT idarəetməsi”, “DevOps və bulud texnologiyaları” kimi istiqamətlər üzrə intensiv təlimlərə cəlb olunublar. 

Layihə çərçivəsində proqram iştirakçıları Bir ekosisteminin rəhbər heyəti və müxtəlif texnologiya istiqamətlərində çalışan mütəxəssislərlə görüşüblər. Görüşdə Bir ekosisteminin rəhbəri Fərid Hüseynov, Ödənişlər biznesinin rəhbəri Calal Orucov, Təşkilati inkişaf və HR texnologiyaları departamentinin direktoru Aygün Musayeva iştirak ediblər. Görüş zamanı mütəxəssislər peşəkar təcrübələrini iştirakçılarla bölüşüb və texnologiya sahəsində karyera qurmaqla bağlı praktiki tövsiyələr veriblər.

Bir ekosisteminin rəhbəri Fərid Hüseynov layihədən gözləntilərini iştirakçılarla bölüşüb: “Texnologiyanın sürətli inkişafı yeni imkanlar yaratmaqla yanaşı, bu imkanlardan yararlana biləcək istedadlara və yeni bacarıqlara olan ehtiyacı da artırır. Bizim üçün “Ctrl is hers” qadınların texnologiya sahəsində öz potensialını reallaşdırması üçün belə bir mühit yaratmaq baxımından önəmlidir. İstəyirik ki, siz burada bilik əldə etməklə yanaşı, texnologiyanın real biznes mühitində necə tətbiq olunduğunu da görə, peşəkarlarla ünsiyyətdə ola və öz karyera yollunuza daha inamla, daha güclü davam edəsiniz. İnanıram ki, bu proqramı qadınların şəxsi inkişafına dəstək olmaqla yanaşı, əmək bazarında texnoloji potensialı olan peşəkarların artmasına da dəstək olacaq”.

Qeyd edək ki, təlimlər nəzəri biliklərlə məhdudlaşmır. Layihənin davamında iştirakçılar Bir ekosisteminin müxtəlif texnologiya istiqamətlərində çalışan mütəxəssisləri ilə birbaşa ünsiyyət quracaq, real iş mühiti ilə tanış olacaq, həmçinin əldə etdikləri bilikləri təcrübə etmək imkanı qazanacaqlar. 

Layihənin sonunda iştirakçıların inkişafı qiymətləndiriləcək. Proqramın nəticələrinə uyğun olaraq iştirakçılar üçün Bir ekosistemində təcrübə proqramlarında iştirak və karyera imkanları nəzərdə tutulur.

Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.

Daha ətraflı: bir.az 

 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
İqtisadiyyat 07:37
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol