“Facebook” sosial şəbəkəsi daha bir yeniliyə imza atıb. Dünyadakı bütün insanları olduğu kimi qəbul etməyə çalışan “Facebook” qeydiyyatdan keçənlərin özlərini ifadə etmələri üçün yeni cinsiyyət seçimləri artırıb. ANS PRESS-in məlumatına görə burada “Trans”, “yuni sex”dən əlavə daha 68 növ cinsiyyət seçimi var.ABŞ-dan sonra indi də Avropadakı istifadəçilər üçün fərqli cinsiyyət seçimlərini istifadəyə verən “Facebook” Avropa istifadəçiləri üçün ilk olaraq İngiltərədən başladı. 70 fərqli cinsiyyət variantının təqdim edildiyi yeni xidmətdə hətta bu variantlardan özünə uyğun olanı tapa bilməyən istifadəçilər "Custom" düyməsini seçərək onlar üçün ayrılmış hissədə yazaraq, özlərini ifadə edə biləcəklər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !