Braziliyada keçirilən futbol üzrə 2014-cü il Dünya Çempionatı 1 milyard dəfədən çox müzakirə edilərək, "Facebook" tarixinin ən çox danışılan mövzusu olub. ANS PRESS-in məlumatına görə, komandaların 1/4 finala çıxma mübarizəsi zamanı sosial şəbəkədə paylaşılan məzmunlar, bəyənmələr və onlara yazılan rəylər nəticəsində "Facebook"da rekord göstərici qeydə alınıb. "Facebook"dan verilən açıqlamada, 12-29 iyun tarixləri arasında DÇ ilə əlaqədar 220 milyon istifadəçi tərəfindən paylaşım, bəyənmə və rəy yazılaraq müzakirə edilib.Şənbə günü oynanılan Braziliya-Çili qarşılaşmasında isə 31 milyon istifadəçi 75 milyon qarşılıqlı müzakirə həyata keçiriblər. İyulun 13-də keçirilməsi planlaşdırılan DÇ-nin final matçında isə daha yüksək bir nəticə gözlənilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !