Fatmayi qəsəbəsi Sazz internetin əhatə dairəsinə daxil edildi

16:08 | 25.06.2014
Fatmayi qəsəbəsi Sazz internetin əhatə dairəsinə daxil edildi

Fatmayi qəsəbəsi Sazz internetin əhatə dairəsinə daxil edildi

Sazz 4G İnternet  provayderi rabitə kanallarını genişləndirmə işlərini davam etdirir. Bu həftə Abşeron rayonunun Fatmayı qəsəbəsi də provayderin əhatə dairəsinə daxil edilib.  İndi Fatmayı sakinləri də simsiz İnternet xidmətlərindən yararlana biləcəklər.

 

Bağ mövsümünü nəzərə alaraq Sazz İnternet Abşeron yarımadasının əksər qəsəbələrində əhatə dairəsini genişləndirmə siyasətini uğurla davam etdirir.  Sazz İnternet xidmətlərindən Suraxanı , Yeni Suraxanı, Mərdəkan,  Şağan, Şüvəlan, Pirşağı, Qala, Buzovna, Bilgəh, Hövsan, Novxanı, Goradil,  Sahil, Saray, Zabrat, Zığ, Zuğulba, Maştağa, Fatmayı, Binə qəsəbələrində də istifadə etmək olar.

 

Hazırda Bakı və Abşerondan başqa provayder Xırdalan, Sumqayıt, Mingəçevir, Gəncə, Qax, Zaqatala, Balakən, Şəki, Quba, Qusar, Xaçmaz şəhərlərində xidmət göstərir.  Yaxın günlərdə Sazz İnternetə Lənkəran, Masallı, Lerik, Astara şəhərlərində də qoşulmaq mümkün olacaq.

 

Sazz İnternet abunəçilərə şəbəkənin istənilən əhatə zonasında İnternetə 10 Mbts-ə qədər yüksəksürətli simsiz çıxışı təqdim edir. Sazz  İnternetin xidmətləri, eləcə də yay kampaniyası haqqında  geniş məlumatları "www.sazz.az" saytından, Sazz 4G İnternet Facebook səhifəsindən, 191 nömrəli "qaynar xət"dən, habelə həftənin bütün günləri işləyən istənilən Sazz 4G satış nöqtəsindən əldə etmək olar.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür