Fazil Məmmədov bu postu da itirdi

22:41 | 11.05.2018
Fazil Məmmədov bu postu da itirdi

Fazil Məmmədov bu postu da itirdi

Azərbaycan Güləş Federasiyası başsız qalıb.


Qaynarinfo xəbər verir ki, yenicag.az-ın əldə etdiyi məlumata görə, federasiya prezidenti Fazil Məmmədov tutduğu postdan istefa verib.


Əslində, Məmmədovun vergilər naziri postundan uzaqlaşdırılmasından sonra onun federasiyadan da istefa verəcəyi gözlənilən idi. Görünür, Fazil Məmmədov da artıq sözügedən federasiyaya rəhbərlik etməyin ona heç bir prestij vəd etmədiyi qənaətinə gəlib.


Qeyd edək ki, sabiq nazir Güləş Federasiyasına 2007-ci ildən başçılıq edirdi.


Xatırladaq ki, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov da məmur postundan uzaqlaşdırıldıqdan sonra Azərbaycan Cüdo Federasiyası ilə vidalaşmışdı.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM