Fazil Mustafa müxalifət partiyası kimi növbədənknar seçkilərin keçirilməsini dəstəkləyib

11:38 | 21.06.2024
Fazil Mustafa müxalifət partiyası kimi növbədənknar seçkilərin keçirilməsini dəstəkləyib

Fazil Mustafa müxalifət partiyası kimi növbədənknar seçkilərin keçirilməsini dəstəkləyib

Milli Məclisdə müxalif Böyük Qurtuluş Partiyasının sədri deputat Fazil Mustafa növbədənkənar Parlamentin  keçirilməsi məsələsini dəstəklədiyini açıqlayıb. 
 
"Növbədənkənar Parlament seçkiləri siyasi təşəbbüs kimi yüksək qiymətləndirirəm. Noyabrda keçiriləcək beynəlxalq tədbirlər əsas verir ki, seçkilər önə çəkilsin. Bu tamamilə əsaslandırılmış qərardır. Müxalifət partiyasının təmsişçisi kimi bu qərarı dəstəkləyirik", - deputat bildirib. 
 
Hazırda Milli Məclisin növbədənkənar iclasında Parlamentin özünün buraxılması məsələsi müzakirə edilir. 
 
Bir gün əvvəl Yeni Azərbaycan Partiyası Paralamentin buraxılması ilə bağlı Prezidentə müraciət edəcəyini açıqlayıb. 
 
Gülnar Nazimqızı  
 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM