Fazil Qasımov istintaq təcridxanasında aclıq aksiyası keçirir

15:22 | 02.07.2024
Fazil Qasımov istintaq təcridxanasında aclıq aksiyası keçirir

Fazil Qasımov istintaq təcridxanasında aclıq aksiyası keçirir

İstanbul Universitetinin doktorantı, hazırda saxta pul hazırlamaqda ittiham olunduğu üçün  həbsdə olan iqtisadçı Fazil Qasımov 19-cu gündür ki, 1 saylı Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirir. Bu barədə  onun qardaşı Nazim Qasımov məlumat verib.


Qardaşı ilə telefonla danışdığı bildirən Nazim Qasımov bildirib ki, qardaşı ümumi kamerada saxlansa da həkim nəzarəti altındadır. 

"Qardaşımın vəziyyəti çox ağırdır. Aclıq aksiyasına baxmayaraq, o, ümumi kamerada saxlanılır. Lakin o, həkim nəzarətindədir. Həkimlər vaxtaşırı onun təzyiqini ölçür. Dünən onun qan təzyiqi 70/50 olub. Onun səsi çox sakit idi. İstintaq təcridxanasına daxil olanda onun çəkisi 80 kq olub. İndi isə 60 kiloqrama düşüb”, - Qasımov bildirib.

Onun sözlərinə görə, Fazil Qasımov dərman və qida maddələrindən imtina edir.

"Fazildən aclıq aksiyasını dayandırmasını xahiş etdim.  O, aclıq aksiyasını sona qədər davam etdirmək niyyətindədir”, - Nazim Qasımov vurğulayıb. 

Qasımovun vəkili Rövşanə Rəhimova müdafiə tərəfi iqtisadçının ev dustaqlığına buraxılmaması ilə bağlı apellyasiya şikayəti verdiyini bildirib. 

İstanbul Universitetinin doktorantı, iqtisadçı Fazil Qasımov ötən ilin avqustunda Türkiyədə saxlanılaraq Azərbaycana aparılıb və saxta pul hazırlamaqda ittiham olunub.
 
Onun həbsinin analoji ittihamlarla üzləşən Qubad İbadoğlunun işi ilə bağlı olduğu bildirilir. 
 
Qubad İbadoğlu hazırda səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM