Yenicag.az-a açıqlama verən İ.Fəda baçısına bayram şirniyyatları
apardığını deyib: "Fədayə qoğalı çox xoşlayır. Anamın bişirdiyi
şirniyyatları ona apardıq. Çox kövrəldi, anam üçün darıxdığını söylədi.
Dedi ki, Allah məni öldürsün, anamı elə gözüyaşlı qoydum”. Bacısı
Fədayənin görüş zamanı onun üçün oxuduğunu və ürəyini musiqilərlə
boşaltdığını da bildirib: "Fədayə dedi ki, bacı kamerada oxuyan kimi
dərdli qadınlar başlayırlar ağlamağa, ona görə də, çoxdandı oxumuram.
Dedi, sənin qarşında oxumaq istəyirəm, bunu etməsəm, ürəyim partlayacaq.
Dedim mənim yanımda oxu, ürəyin boşalsın. Sevdiyi mahnıları oxudu, "Kor
ərəbin mahnısı”nı oxuyanda gözləri doldu”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !