"Fədayə Laçının atası imkanlı şəxsdir, onun ailəsi kirayədə yaşamır" - AÇIQLAMA

17:01 | 19.01.2018

"Fədayə Laçının atası imkanlı şəxsdir, onun ailəsi kirayədə yaşamır" - AÇIQLAMA

"Fədayə Laçının ailəsi kirayə yaşamır. Fədayənin öz evi də var, anasının da, bacısının da. Onun atası bilirsiniz necə imkanlı şəxsdir?",  bu sözləri Sonxeber.az-a açıqlamasında müğənni Şəbnəm Tovuzlu bildirib.

Ş.Tovuzlunun sözlərinə görə, Fədayə Laçının ailəsinin həmişə sürücüsü olub:

"Çox imkanlı, yaxşı ailəsi var Fədayənin. Həyat elə gətirdi ki, taleyi elə oldu. Bilirəm o kövrək qızdır. Ziyarətinə getməmişəm, həyat yoldaşım icazə vermir. Amma bilirəm ki, getsəm də əlimdən bir şey gəlməyəcək. Allah qapısını açsın. Onun üçün əlimdən xeyirxahlıq, kömək gələrsə, əsirgəmərəm".

Xatırladaq ki, müğənninin vəkili yerli saytlardan birinə açıqlamasında həbsdə olan müğənninin ailəsinin maddi durumunun ağır olduğunu, ailəsinin kirayədə yaşadığını, maddi durumları çox ağır olduğunu, hətta kommunal xərcləri belə ödəyə bilmədiyini dilə gətirib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM