Fədayə Laçının oğlunun bu sözləri Mətanəti göz yaşlarına boğdu (VİDEO)

17:27 | 10.11.2019
Bir müddət əvvəl azadlığa çıxan müğənni Fədayə Laçın və oğlu - qəzəlxan Əlhəm Dəşti ATV-də yayımlanan "Ən yaxşısı" verilişində qonaq olub. 


Anews.az  baku.ws-ə istinadən xəbər verir ki, verilişin aparıcısı Mətanət Əliverdiyeva Əlhəm Dəştiyə "Ananın yanında olmadığı bu 2 ildə hansı hissləri keçirdin?" sualını ünvanlayıb. 


Əlhəm Dəşti bu suala cavabında iki ildir yaşamadığını söyləyib: 


"Anam həbsdən çıxandan sonra onu qucaqladım və o an başa düşdüm ki, iki ildir yaşamıram. Mən bunun icmalını belə izah edə bilərəm. Yenidən dünyaya gəldim".


Aparıcı Mətanət Əliverdiyeva bu cavab qarşısında kövrəlib və göz yaşlarını saxlaya bilməyib.
 


www.anews.az
loading...