Federasiyadan dopinqə görə cəzalanan idmançı ilə bağlı AÇIQLAMA

13:40 | 17.08.2020
Federasiyadan dopinqə görə cəzalanan idmançı ilə bağlı AÇIQLAMA

Federasiyadan dopinqə görə cəzalanan idmançı ilə bağlı AÇIQLAMA

Azərbaycan Taekvondo Federasiyası Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən dopinqə görə cəzalandırılan Ramin Əzizov barədə açıqlama yayıb. 

Anews.az deyir ki, Federasiyadan "Report"a verilən məlumata görə, bu barədə məktub AMADA tərəfindən federasiyaya iyulun 6-da göndərilsə də, koronavirus pandemiyası səbəbindən əməkdaşların işdə olmaması məktubun rəhbərliyə çatmaması ilə nəticələnib. Buna görə də federasiya rəsmiləri diskvalifikasiya barədə məlumatdan AMADA-nın açıqlamasından sonra xəbər tutublar.

Bildirilib ki, Ramin Əzizov mart ayında idmançı karyerasını başa vurması barədə federasiyaya rəsmi müraciət edib. Onun bundan sonra yarışlara çıxmayacağını nəzərə alan federasiya rəhbərliyi bu hadisə ilə bağlı hər hansı bir tədbir görməyi və ya hansısa quruma müraciət etməyi düşünmür.

Qeyd edilir ki, Ramin Əzizov (80 kq) 2017-ci ildə Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarının qalibi olub. O, 2012-ci ildə Böyük Britaniyanın Mançester şəhərindəki Avropa çempionatında gümüş, 2014-cü ildə Bakıdakı eyni yarışda bürünc medal əldə edib. Taekvondo 2014-cü ildə Cənubi Koreyadakı dünya çempionatında bürünc medal qazanıb. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM