Fələstinin baş naziri istefa verib

23:31 | 25.04.2014
Fələstinin baş naziri istefa verib

Fələstinin baş naziri istefa verib

Fələstinin baş naziri Rami Həmdullah istefa verib.APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, istefa yeni hökumətin formalaşdırılması üçün şəraitin yaradılması ilə əlaqədardır.Aprelin 23-də HƏMAS hərəkatı və Fələstin Muxtariyyətinin başçısı Mahmud Abbas sülh razılaşması imzalayıblar.Razılaşmaya əsasən, Fələstin Muxtariyyətində vahid hökumət formalaşdırılacaq,  6 ay ərzində isə muxtariyyətin prezidenti və parlamenti seçiləcək.Qeyd edək ki, İsrail “Fəth” və “Həmas” hərəkatları arasında barışıq razılaşmasının imzalanmasından sonra Fələstinlə sülh danışıqlarının dayandırdığını bəyan edib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti