Qadın voleybolçular arasında CEV kubokunun “Çelenc raund” mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutub. Bu görüşlərdə sensasiya qeydə alınmayıb. Gözlənildiyi kimi, “Azəryol” (Azərbaycan) – “Bank Fakro” (Polşa) cütünün potensial rəqiblərindən “Fənərbaxça” səfərdə asan qələbəyə sevinib. Onlar Çexiya “Agel”ini məğlub etməkdə çətinlik çəkməyiblər. Digər görüşlərdə “Azərreyl”i mübarizədən kənarlaşdıran “Uraloçka” və Çempionlar Liqasını CEV kubokuna “dəyişən” “Dresdner” qalib gəlib. “Agel” (Çexiya) – “Fənərbaxça” (Türkiyə) – 0:3 (11:25, 21:25, 15:25)“Ximik” (Ukrayna) – “Dresdner” (Almaniya) – 1:3 (25:18, 21:25, 22:25, 20:25)“Uraloçka” (Rusiya) – “Dinamo-Romprest” (Rumıniya) – 3:0 (25:19, 25:20, 25:20) Qeyd edək ki, “Bank Fakro” - “Azəryol” (Azərbaycan) oyunu bu gün olacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !