Gənclər və idman naziri Fərid Qayıbov Tovuz, Qazax və Ağstafa rayonlarından olan vətəndaşları qəbul edib, bu barədə Nazirliyin Mətbuat Xidmətindən məlumat verilib.
Qəbuldan öncə Tovuz şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət olunub, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.
Tovuzda Heydər Əliyev Mərkəzində keçirilən görüşə gələn vətəndaşların müraciətləri əsasən, yaşadıqları ərazilərdə idman qurğularının inşa edilməsi, işlə təminat və digər məsələlər olub. Fərid Qayıbov vətəndaşları dinləyib, müraciətlərin həlli üçün müvafiq tapşırıqlar verib.
Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan bəzi müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !