Gədəbəydə fermer məmurdan pulunu istəyir, məmur isə fermeri böhtanda qınayır - ŞİKAYƏT/YENİLƏNİB

09:43 | 08.07.2021
Gədəbəydə fermer məmurdan pulunu istəyir, məmur isə fermeri böhtanda qınayır - ŞİKAYƏT/YENİLƏNİB

Gədəbəydə fermer məmurdan pulunu istəyir, məmur isə fermeri böhtanda qınayır - ŞİKAYƏT/YENİLƏNİB

Bir müddət əvvəl Gədəbəydə Fermer təsərrüfatına malik olan Eşqin Rüstəmov  həmin rayonun icra hakimiyyətinin əməkdaşı Nicat Əliyev arasında yaranan problemlə bağlı redaksiyamıza şikayət ünvanlamışdı. Eşqin Rüstəmov icra nümayəndəsi Nicat Əliyevdən şikayətçi olduğunu bildirmişdi. Qarşı tərəf olan icra nümayəndəsi Nicat Əliyev isə Eşqin Rüstəmovun ittihamlarının əsassız olduğunu və onu məhkəməyə verəcəyini qeyd etmişdi.
 
Şikayətçi Eşqin Rüstəmovun atası anews.az-a müraciət edərək bildirib ki, artıq Nicat Əliyevlə oğlu aralarında olan problem həll olunub və tərəflər arasında heç bir narazılıq qalmayıb. 
 
 
******** 

Gədəbəy fermerlərindən biri icra hakimiyyəti əməkdaşını yaylaq sahəsini pul müqabilində icarəyə verməkdə suçlayır, icra hakimiyyəti işçisi isə fermeri yalan danışmaqda günahlandıraraq onu məhkəməyə verəcəyini bildirir.
 
Redaksiyamıza ünvanladığı məktubda bildirir ki, Gədəbəy rayon İcra hakimiyyətinin əməkdaşı Nicat Əliyev ondan yaylaq icarəsi üçün  4600 manat alsa da üç ildir ki, nə pulumu qaytarır, nə də yaylağın sənədlərini verir. 

Gədəbəydə dağ ərazisində heyvan sürüsü saxlamaq üçün yaylaq icarəyə götürmək üçün Gədəbəy rayon icra hakimiyyətində bu işə baxan  icra hakimiyyətinin əməkdaşı Nicad Əliyevə müraciət etdim. O, yaylağın bir hektarının cənab başçı tərəfindən 15 manata icarəyə verildiyini bildirdi. 300 hektar yer üçün məndən 4500 manat və əlavə  100 manat aldı. Yekun olaraq 45 quzu sataraq  4600 manat pul versəm də  3 ildir ki, nə pulumu geri qaytarırlar, nə də dağın sənədini verirlər. Tələb edən kimi də vəzifədə olan qohumlarımı işdən azad etməklə hədələyirlər",  - deyə Eşqin Rüstəmov bildirir. 
 "
Onun sözlərinə görə,  o, dəfələrlə birinci müavin Natiq Nağıyevə müraciət edib. "Natiq Nağıyev  bildirdi ki,  sənin pulun mənim seyfimdədir. Narahat olma yoluna qoyacağıq. Amma 3 ildir yoluna qoyulmur. Bir müddət sonra sənədlərin Əmlak Komitəsinə getdiyi dedilər. Komitədən isə 2 min manat istənildiyini  bildirirlər. Mənim kimi daha 26 fermerin də sənədləri verilmir",  -  deyə fermer əlavə edib. 

Məsələ ilə bağlı adı şikayətçi tərəfindən hallandırılan  Gədəbəy Rayon İcra Hakimiyyətinin əməkdaşı  Nicat Əliyevlə əlaqə saxladıq.  O,  şikayətçi Eşqin Rüstəmovdan heç bir vəsait almadığını dedi. " Eşqin Hüseynovdan heç bir pul almamışam.  Həmin şəxsin iddiaları böhtan xarakteri daşıyır", - Nicat Əliyev bildirdi. 
 
O, həmçinin qeyd etdi ki,  həmin şəxs hazırda Azərbaycandan qaçıb və yaxın zamanda onun nüfuzuna xələl gətirdiyi üçün məhkəməyə veriləcək. 
 
Eşqin Rüstəmovun Nicat Əliyevlə təqdim etdiyi yazışmanı diqqətinizə çatdırırıq və bu məsələnin Gədəbəy İcra hakimiyyəti rəhbərliyi tərəfindən araşdırılacağına ümidliyik. 


 










2
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti