Yeni partiyada AKP, MHP və CHP-dən tanınmış simalar yer alacaq
Fətullah Gülənin yeni qurmaq istədiyi partiyanın rəhbəri olacağı bildirən professor Abdurrahim Karslı açıqlama verib.
ANS PRESS-in məlumatına görə, o, partiyanın adının Xalqa Xidmət Partiyası yox, Mərkəz Partiyası olacağını bildirib. Karslı dörd ildir ki, partiya qurmaq üzərində işlədiyini vurğulayıb: “Amma mənim qurmaq istədiyim partiya bir camaata mənsub deyil”, - deyə Fətullah Gülənlə əlaqəsini təkzib etməyə çalışıb.
O, yeni qurulacaq partiyanın tərkibində müxalifətçi MHP və CHP partiyalarından tanınmış simaların yer alacağını bildirib. Amma əsas diqqəti hakim AKP-yə yönəldib: “Qorxsunlar, həm də çox qorxsunlar. 500 rayon, 50 il rəhbərliyini dəyişiblər. Bütün bunlar Mərkəz Partiyasına gələcəklər”.
ANN.Az