Fövqəladə Hallar Nazirliyi Qazaxda baş vermiş faciəvi hadisə ilə bağlı məlumat yayıb.
Nazirlikdən Axar.az-a verilən məlumata görə, 10 mart 2018-ci il tarixində Qazax rayonunun Cəfərli kəndi ərazisində Ağstafaçay su anbarında batdığı ehtimal edilən 1978-ci il təvəllüdlü Məmmədov Elşən Rişad oğlu və 1981-ci il təvəllüdlü Omarov Aqif Sadiq oğlunun axtarışları bu gün davam etdirilib.
Axtarışlara Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Axtarışlar nəticəsində E.Məmmədovun cəsədi batdığı yerdən 500 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Axtarışlar davam edir. Əlavə məlumat veriləcək.
Qeyd edək ki, A.Omarov və E.Məmmədov martın 10-da balıq tutmaq istəyərkən Ağstafaçay su anbarında batıblar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !