Fidan Fərzəliyevaya yeni vəzifə verildi

Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində yeni təyinat olub.
Anews.az xəbər verir ki, nazir Rəşad Nəbiyevin əmri ilə Fidan Fərzəliyeva nazirliyin İnsan Resurslarının idarəedilməsinə rəhbərlik edəcək.
Fidan Fərzəliyeva bakalavr və magistratura təhsilini Qərb Universiteti və Xəzər Unversitetlərində alıb. Aspirantura təhsilini isə, İngiltərənin Nottingham Trent Universitetinin, İnsan Resurlarının İdarəedliməsı ixtisası üzrə alıb. Böyuk Britaniyanın CİPD (İnsan Resurslarının İnkişafı) üzvüdür.
Fidan Fərzəliyeva BP şirkətinin İnsanlar və Mədəniyyət (keçmiş İnsan Resursları) departamentində Direktor vəzifəsində işləyib. BP Azərbaycan-Gürcüstan-Türkiyə Regionunda çalışdığı 18 il ərzində müxtəlif rəhbər vəzifələr tutmuş, uğurlu layihələr və proqressiv nəticələr əldə etdiyinə görə 2021-ci ilin yanvar ayından BP-nin ümumdünya insan hüquqları müdafiəsi üzrə mütəxəssisi təyin olunub. Fidan Fərzəliyeva çalışdığı müddət ərzində bir çox İnsan Resursları Transformasiya layihələrində işləyib və rəhbərlik edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 