FIFA Azərbaycan millisinin futbolçusunu sərt cəzalandırıb

20:30 | 04.05.2022
FIFA Azərbaycan millisinin futbolçusunu sərt cəzalandırıb

FIFA Azərbaycan millisinin futbolçusunu sərt cəzalandırıb

FIFA Azərbaycan millisinin futbolçusu Tellur Mütəllimova 4 oyunluq cəza verib.
 
Buna 27 yaşlı yarımmüdafiəçinin evdə Lüksemburq yığmasına qarşı keçirilmiş 2022-ci il dünya çempionatının seçmə oyununda qonaq komandanın oyunçusu Olivye Tillə qarşı kobudluğu səbəb olub.
 
Görüşün 21-ci dəqiqəsində topu itirdikdən sonra 26 yaşlı yarımmüdafiəçiyə kunq-fu hərəkəti ilə zərbə endirən Mütəllimov birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
 
FIFA "Sumqayıt"ın futbolçusunu diskvalifikasiya etməklə yanaşı, Azərbaycan millisini 5 000 İsveçrə frankı məbləğində cərimələyib.
 
 Bakı Olimpiya Stadionunda oynanılmış qarşılaşma Lüksemburq seçməsinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti