FİFA-dan tarixi qərar

20:01 | 03.03.2014
FİFA-dan tarixi qərar

FİFA-dan tarixi qərar

FİFA rəsmi olaraq futbolçulara hicab və ya türbəndlə sahəyə çıxmağa icazə verdi.Oxu.Az Aze.az-a istinadən bildirir ki, FİFA ilə Futbol assosiasiyalarının beynəlxalq şurası İFAB keçirdiyi müştərək iclasda futbolçulara hicab və ya türbəndlə sahəyə çıxmağa rəsmi icazə haqqında qərar qəbul etdi.Yayılan informasiyaya əsasən, başın və ya boynun zədələnməsinin qarşısının alınması üçün baş örtüyü maksimal dərəcədə başa oturulmalıdır. Hicabın və ya digər baş örtüyünün rəngi isə yeni qaydalara görə formanın əsas rənginə uyğun olmalıdır.Xatırladaq ki, keçən yay Kanada futbol Federasiyası Kvebek əyalətindən olan futbolçulara türbəndlə iştirak etməyi qadağan edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM