FİFA “Neftçi” klubunu cərimələdi

15:05 | 11.02.2014
FİFA “Neftçi” klubunu cərimələdi

FİFA “Neftçi” klubunu cərimələdi

 “Neftçi” klubu fiziki-hazırlıq üzrə sabiq məşqçisi Mehmet Aka təzminat ödəyəcək. Bu barədə apasport.az saytına paytaxt klubundan məlumat verilib. 2011-ci ildə Böyükağa Hacıyevin “Neftçi”nin baş məşqçisi təyin edilməsindən sonra komandadan göndərilən Ak təzminat üçün FİFA-ya şikayət etmişdi. Ali futbol qurumu isə türkiyəli mütəxəssisin lehinə qərar qəbul edib. “Neftçi”nin Aka ödəyəcəyi təzminatın məbləği 42 min avrodur. Qeyd edək ki, Mehmet Ak Azərbaycanda “Neftçi” ilə yanaşı, “Qarabağ”da da çalışıb.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti