Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Məhdudiyyət tədbirin sonunadək davam edəcək.
Nəqliyyatın İdarəetmə Planına əsasən, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər sentyabrın 9-da, gecə saat 01:00-dən etibarən nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Hərəkət 17 sentyabr, səhər saat 8:00-dan etibarən bərpa olunacaq.
Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq ediləcək. Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsinini keçdiyi ərazidir. Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı üçün "Yaşayış Yerinə Giriş İcazəsi” veriləcək. Qeyd olunan sənədi paylanma məntəqələrinə yaxınlaşaraq, həftənin bazar ertəsindən, cümə gününə kimi, saat 10:00-dan 17:00-dək əldə etmək mümkündür. Bunun üçün vətəndaşlar zonalar üzrə aşağıdakı müvafiq idarələrə müraciət etməlidirlər:
Zona 1 – İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Böyük Qala küçəsi 41, keçmiş ensiklopediya binası, 4-cü mərtəbə
Tel: (012) 497-35-89
Zona 2 – Mənzil-Kommunal və İstismar İdarəsi № 4
Xəqani küçəsi 26/32
Tel: (012) 498 88 06
Zona 3 – Mənzil-Kommunal və İstismar İdarəsi № 58
İstiqlaliyyət küçəsi 5
Hər il olduğu kimi, bu il də yarış müddətində piyadaların hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq.
Azərbaycan Qran-prisi sentyabrın 13-15-i aralığında baş tutacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !