"Formula 2": Sıralama turunu birinci pillədə başa vuran pilot bəlli olub

15:56 | 13.09.2024

"Formula 2": Sıralama turunu birinci pillədə başa vuran pilot bəlli olub

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sıralama turunu birinci pillədə başa vuran pilot müəyyənləşib.  "Report"un məlumatına görə, ən yaxşı nəticəni "Trident" komandasından Rixard Versxor göstərib.

"Prema Racing"dən Andrea Kimi Antonelli ikinci, "Art Grand Prix"dən Viktor Martins üçüncü pillədə yer alıb.

Daha əvvəl "Formula 2"də sərbəst yürüşdə "Van Amersfoort Racing"dən Entso Fittipaldi birinci olub.

"Formula 1"də isə ilk sınaq yürüşündə "Red Bull" pilotu Maks Ferstappen ilk pilləni tutub.

Bu gün "Formula 1"də ikinci sərbəst yürüş də gerçəkləşəcək.

Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti