Fransa bankı İrana görə ABŞ-a 9 milyard cərimə ödəyəcək

20:05 | 01.07.2014
Fransa bankı İrana görə ABŞ-a 9 milyard cərimə ödəyəcək

Fransa bankı İrana görə ABŞ-a 9 milyard cərimə ödəyəcək

ABŞ-ın Ədliyyə Nazirliyi Fransanın “BNP Paribas” bankını sanksiyaları pozmaqda ittiham edib.

 

Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, maliyyə qurumu ona qarşı irəli sürülən ittihamı etiraf edib.

 

Nuy-York ştatının prokurorluğu bildirib ki, bank ABŞ  hakimiyyətinə 8,83 milyard dollar məbləğində cərimə verməlidir.

 

Prokurorluq təmsilçisinin sözlərinə görə, “BNP Paribas” ABŞ tətbiq etdiyi sanksiyalara məhəl qoymayaraq,  İran, Sudan və Kuba banklarına pul köçürmələri edib.

 

Bank təmsilçisi sanksiyanın pozulması halını “cinayət” adlandırıb.  Buna görə bankın 13 əməkdaşı işdən çıxarılıb.

 

Məlumata əsasən, ABŞ-ın sanksiya tətbiq etdiyi dövlətlərin qurumları ilə bu bank 5 il ərzində 30 milyard dollara yaxın həcmdə  sövdələşməni icra edib. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM