Fransada axşam saat 21:00-dan sonra avtobus və tramvayla həyata keçiriləcək səfərlərin ləğv edilməsi tapşırılıb.
Bu barədə xarici KİV məlumat yayıb.
Fransada polisin bir yeniyetməni vurmasından sonra başlayan küçə hadisələrindən sonra qubernatorluqlara saat 21:00-dan sonra ölkə daxilində avtobus və tramvay xidmətlərini ləğv etmələri tapşırılıb.
17 yaşlı əlcəzair əsilli sürücünün polis tərəfindən öldürülməsindən sonra başlayan iğtişaşlarla əlaqədar Fransada fövqəladə vəziyyət elan edilə bilər. Hadisədən sonra Parisin qərbində, yeniyetmənin öldürüldüyü Nanterdə və ölkənin bir sıra şəhərlərində polis zorakılığına qarşı etiraz aksiyaları keçirilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !