Fransada Azərbaycan günləri başlayır - FOTOLAR

14:35 | 08.07.2014
Fransada Azərbaycan günləri başlayır - FOTOLAR

Fransada Azərbaycan günləri başlayır - FOTOLAR

“Azərbaycan ənənələr və gələcək ölkəsi”.İyulun 8-də Fransanın Kann şəhərində Azərbaycan günlərinə start veriləcək.Oxu.Az xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə başlayan tədbirlər proqramı “Azərbaycan ənənələr və gələcək ölkəsi” şüarı altında keçiriləcək.Artıq Kann şəhəri və şəhərin ictimai nəqliyyatı Azərbaycanın təqdimat banerləri ilə bəzədilib.İyulun 31-dək davam edəcək Azərbaycan günlərində ölkəmizin tarixi və ənənələrini, eyni zamanda müasir incəsənətini əks etdirən sərgilər, muğam sənəti, klassik və caz musiqisi, milli mətbəximizdən nümunələr təqdim olunacaq.“Keçmişdən baxış. Fransa azərbaycanlı rəssamların gözü ilə”, “Azərbaycan ənənələr və gələcək ölkəsi”, “Nizami Gəncəvi” sərgiləri iyulun 31-dək Fransa sakinlərinə və turistlərə Azərbaycanın tarixi, adət-ənənələri, mədəniyyəti, ədəbiyyatı ilə tanışlıq imkanı verəcək.Azərbaycan günləri çərçivəsində Heydər Əliyev Fondunun “Müasir dəbdə Azərbaycan cazibəsi” layihəsi də təqdim olunacaq. İtalyan modelyer Renato Balestranın Azərbaycanın milli ornamentləri əsasında bu layihə üçün hazırladığı kolleksiya yerli izləyiciləri ölkəmizin geyim ənənələri və bu ənənələrin müasir dəbdə tətbiqi ilə tanış edəcək.Kanndakı Azərbaycan günləri zamanı, həmçinin 2015-ci ildə Bakıda keçiriləcək 1-ci Avropa Oyunlarının təqdimatı ilə bağlı tədbir təşkil olunacaq. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin 1-ci Avropa Oyunlarına hazırlığının  ölkədən kənarda təqdimatına həsr olunacaq bu tədbir çərçivəsində Kruazett sahilində qaçış üzrə marafon keçiriləcək.Xatırladaq ki, Heydər Əliyev Fondu bu günədək Azərbaycanın təbliği istiqamətində İtaliya, Almaniya, Fransa, Yunanıstan, Rusiya və digər ölkələr, eləcə də bu ölkələrin regionlarında bir sıra layihələr həyata keçirib. Bu layihələr tarixi və müasir Azərbaycanın təqdimatına, ölkələr və xalqlar arasında əlaqələrin möhkəmləndirilməsinə yönəlib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM