Fransada pensiya yaşına görə növbəti aksiya keçirilib

22:32 | 15.03.2023
Fransada pensiya yaşına görə növbəti aksiya keçirilib

Fransada pensiya yaşına görə növbəti aksiya keçirilib

Fransada pensiya islahatına qarşı səkkizinci kütləvi etiraz aksiyası keçirilib. Bu barədə  TASS-da məlumat yayılıb.
 
Aksiya iştirakçıları qanunun parlamentdə müzakirə edilmədən məcburi qəbul edilməsinə etiraz edirlər.

"Biz öz mövqeyimizi müdafiə etməyə davam etməkdə qərarlıyıq”, -etirazçılar bildirib.yanvarın 19-da Fransada ölkənin ən böyük həmkarlar ittifaqları assosiasiyasının təşkilatçılığı ilə pensiya yaşının 64-ə qaldırılmasına qarşı kütləvi etiraz aksiyaları keçirilir.

Alternativ olaraq, etirazçılar iri bizneslərdən yığımların artırılması və izafi mənfəətə verginin qoyulması yolu ilə pensiya sistemini tarazlaşdırmağı təklif edirlər.

Daha əvvəl yanvarın 19-da Fransada ölkənin ən böyük həmkarlar ittifaqları assosiasiyasının təşkilatçılığı ilə pensiya yaşının 64-ə qaldırılmasına qarşı kütləvi etiraz aksiyaları keçirilmişdi.

 Nəşrin məlumatına görə, aksiyalarda xüsusilə təhsil, nəqliyyat və energetika sektorlarının işçiləri, universitet tələbələri və orta məktəb şagirdləri iştirak edirlər.

Fransa hakimiyyəti vətəndaşlara metronun işində mümkün nasazlıqlar, qatarların və təyyarələrin hərəkət cədvəlinin pozulması ilə bağlı xəbərdarlıq edib.
 
Aytac


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM