FTX “Qazprom”da genişmiqyaslı yoxlamalara başladı

19:19 | 20.02.2018
FTX “Qazprom”da genişmiqyaslı yoxlamalara başladı

FTX “Qazprom”da genişmiqyaslı yoxlamalara başladı

Rusiya Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları "Qazprom”un Mahaçqaladakı ofisində araşdırmalara başlayıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "RİA Novosti” agentliyi yayıb. Yoxlamaların dövlət vəsaitlərinin mənimsənilməsi ittihamı ilə aparıldığı bildirilib.

Cinayət işinin üç il əvvəl qaldırıldığı, lakin araşdırmaların indi aparıldığı qeyd olunur.

Xatırladaq ki, bundan öncə Moskva Dağıstanda genişmiqyaslı yoxlamalara başlayıb. Yoxlamalar nəticəsində Dağıstan baş nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Abdusəməd Həmidov, onun müavinləri Şamil İsayev və Rayudin Yusifov, keçmiş təhsil naziri Şahabas Şahov həb edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb