Xalq artisti Fuad Poladovun Dövlət Akademik Milli Dram Teatrından getməsiylə bağlı xəbərlər həqiqəti əks etdirmir.
ANN.Az xəbər verir ki, bu barədə ölkə.az-a "Azdrama"dan məlumat verilib. Bildirilib ki, aktyor özü işdən çıxdığı haqda onlara heç bir məlumat verməyib:
"Fuad Poladov teatrda heç kimə işdən çıxmağıyla bağlı heç nə deməyib. Onun əsas iş yeri Rus Dram Teatrıdır, bizdə müqaviləylə çalışır. Kimlərsə şou xatirinə yazırlar ki, Fuad Poladov teatrdan gedib. O, tanınmış adamdır, bəlkə çəkilişi var, bəlkə özünü pis hiss edir".
Qeyd edək ki, xalq artisti Fuad Poladovun gənc aktyor Hikmət Rəhimovun işdən çıxarılmağına etiraz olaraq bu addımı atdığı bildirilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !