Yevlaxda qəza olub.
Nazirliyin "112" qaynar telefon xəttinə Yevlax şəhərinin Tanrıqulular kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Aran Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Hyundai” və "Opel” markalı iki minik avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən birgə xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
-----
Yevlaxda avtomobil qəzasında xəsarət alanlar futbol hakimləri və hakim-inspektor olub.
Hadisə ədalət təmsilçiləri I Divizionda "Mingəçevir” və "Qaradağ Lökbatan” komandaları arasındakı XIV tur oyunundan sonra Bakıya qayıdarkən baş verib. Onları daşıyan nəqliyyat vasitəsi Tanrıqulular kəndində qarşıdan gələn avtomobillə toqquşub.
Qəza nəticəsində Mingəçevir şəhər sakini, 1971-ci il təvəllüdlü Əliyev Zabit Əli oğlu aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !